Türkiyənin Hatay vilayətində zəlzələnin 138-ci saatında 51 yaşlı Əminə Doğu və 19 yaşlı oğlu Bəkir Doğu xilas edilib.
Dağıntılar altından çıxarılan qadının sözləri ürəkləri hər kəsi duyğulandırıb.
Belə ki, qadın onu tibbi yardıma təhvil verən xilasedicilərə “Nə olar, məni özəl xəstəxanaya aparmayın. Pulum yoxdur” deyib.
Doğuya tibbi müdaxilə edən Tekirdağ sağlamlıq qrupunun tibb mütəxəssisi Orhan Eroğlu isə, “Sən cənnətliksən. Məni özəl xəstəxanaya aparma deyir, pulum yoxdur deyir. Sənə qurban olaram. Bütün özəl xəstəxanaları sənə qurban edərəm” deyə cavab verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Nəticədə ölənlərin sayı 31 643 nəfərə çatıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub