İntihar edən səkkizinci sinif şagirdi ilə bağlı yeni detallar - “Atası ilə mübahisə edib”

Aprelin 5-də Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 8-ci sinif şagiridi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asaraq intihar edib.
Mynews.az xəbər verir ki, hadisə barədə Modern.az-a danışan Qızılağac kənd orta məktəbinin direktoru Əliqulu Babayev bildirib ki, Mirələm ötən gün məktəbdə olub.
"O, nizamlı şagirdlərimizdən biri idi. Dərslərini çox yaxşı oxumasa da, davamiyyəti yüksək idi. Həmçinin məktəb daxilində keçirdiyimiz Yeni il, 20 Yanvara həsr olunan tədbirlərdə aktivliyi ilə seçilirdi. Sinif yoldaşları ilə yola gedirdi. Düzdür, arada digər şagirdlər kimi onun da sözləri məktəb yoldaşları ilə çəp gəlirdi, amma sonradan barışırdılar. Çılğın şagirdimiz olsa da, tərbiyəli idi”.
Direktor qeyd edib ki, intihar hadisəsi baş verən gün Mirələmlə atası arasında problem yaranıb:
"Eşitdiyimizə görə, Mirələm futbol oynayan zamanı atasının qardaşını kəndin kənarında yerləşən otlaq sahəsinə apardığını görüb. O da atası ilə getmək istəyib. Lakin valideyni bununla razılaşmayıb. Deyilənə görə, bu səbəbdən Mirələmlə atası Niyaməddin Cavadzadə arasında problem yaranıb. Amma hadisənin məhz bunun üstündə olduğu dəqiq deyil. İntiharla bağlı araşdırma aparılır, dəqiq səbəb araşdırmadan sonra bəlli olacaq”.
Hadisə
- 115 nəfərin yanaraq öldüyü toydan VİDEO - Yanğın BELƏ BAŞLADI - VİDEO
- Qarabağı 65 mindən çox erməni tərk edib
- Türkiyədə azərbaycanlı qadın güllələndi
- Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu
- Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ - 11 şagird və 1 müəllim...
- Bakıda toyda kütləvi dava: xəsarət alan var
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1057 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1031 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1022 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1020 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1016 dəfə oxunub