Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Mynews.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib.
Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər - Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub