Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub