Artıq bir neçə gündür ki, ölkə gündəmini 7 yaşlı uşağın idman zalında məşq edən zaman vəfat etməsi zəbt edib.
Mynews.az xəbər verir ki, sosial şəbəkədə 7 yaşlı Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibəti olduğu haqda iddialar irəli sürülüb.
Jurnalist İntiqam Valehoğlunun qonağı olan Aynur Məlikova Mehman Xəlilovla yaxın münasibətləri olması haqda yayılan iddialara cavab verib.
O, yayılan məlumatların əsassız olduğunu, əgər belə hal olsa idi, heç kimə hesab verməli olmadığını bildirib:
“Uşağın bütün ətrafı ilə mən maraqlanıram. Oğlumla məşq edən bütün uşaqlara paltarlarını geyinməkdə kömək edirdim. Bu o deməkdir ki, mən onlarla da yaxınam? Mehmanla hər hansı münasibətim olsaydı deyərdim. Çünki subay və cavan xanımam. Hər şeyə haqqım çatır, heç kimə hesab verən deyiləm”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub