Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.
Mynews.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Ümumilikdə, 24 (şənbə) və 25 iyun (bazar) günləri iş olacaq, 26, 27, 28, 29, 30 iyun tarixlərində isə iş olmayacaq. Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 gün qeyri-iş günü olacaq.
Qeyd edək, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub