Paytaxtın Yasamal rayonu, 158 saylı məktəbin müəllimi Səhər Əhmədova 10-cu sinif şagirdinin "patı” satdığını iddia edib.
Şagirdin atası ilə həmin müəllim arasında insident yaşanıb.
Mediada yayılan hadisənin təfərrüatalarını öyrənmək məqsədilə 158 saylı məktəbin fikirləri öyrənilməyə çalışılıb.
Məktəbin həyətindəki valideynlər müsahibə verməsələr də, şifahi olaraq hadisədən xəbərsiz olduqlarını dedilər.
İddiaya görə, məktəbin müəllimi Səhər Əhmədova baş verənlərlə bağlı 102 xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib.
Baş verənlərlə bağlı 158 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərova "Xəzər Xəbər"ə açıqlama verib.
Nəzakət Cəfərova 10-cu sinif şagirdi haqqında məktəbin müəllimi tərəfindən səsləndirilən iddiaların əsassız olduğunu bildirib.
Məsələdə adı hallanan Səhər Əhmədova ilə əlaqə saxlamaq istəsək də, məktəbdən və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən onlarda həmin şəxsin telefon nömrəsinin olmadığı bildirildi.
Daha ətraflı videomaterialı təqdim edirik:
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub