Bakıda dünya çempionu həbs edildi - FOTO

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə "Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən "Range Rover Sport” və "Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.
Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.
Hazırda açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Hadisə
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi
- Həlak olan polislərimizin FOTOLARI
- Liviyada sel fəlakəti baş verdi: 2 min adam öldü, 7 min adam itkin düşdü
- Azərbaycanda küçədə yeni doğulmuş körpə tapıldı
- Zəngilandakı dəhşətli qəzanın kadrları yayıldı - 24 yaşlı sürücü hadisə yerində həlak olub - VİDEO - VİDEO
- Azərbaycanda əmioğlular arasında baş verən mübahisə qanla bitdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bu gün Azərbaycanda Bilik Günüdür 1090 dəfə oxunub
- "Azərbaycan antiterror əməliyyatına başladı" - RESMİ 912 dəfə oxunub
- Kərkicahan-Xəlfəli yolunda separatçıların postu məhv edildi 588 dəfə oxunub
- Həlak olan polislərimizin FOTOLARI 586 dəfə oxunub
- Səlcuq Bayraktar: “Haqlı mübarizəsində can Azərbaycanın yanındayıq” - FOTO 555 dəfə oxunub