Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınata şikayətini geri götürdü
![](https://img.mynews.az/news/2023/08/photo_59842.jpg)
Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyitini hissələrə bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Mynews.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Bu səbəbdən onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə onun şirkətinə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb. İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.
Hadisə
- Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?
- Azad olunmuş ərazilərdə yanğın: Helikopterlər cəlb olundu
- Xərçəngə tutulan qazi vəfat etdi
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1007 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1002 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1001 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 973 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 968 dəfə oxunub