Bu gün səhər saat 06:30 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında qeydə alınıb. Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli marşrut avtobusu toqquşub.
Nəticədə “Opel Astra”nın sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Bununla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub