Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az DİN-in saytına istinadən xəbər verir ki, martın 20-də saat 15.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.
Nəticədə A.Hüseynovun sərnişini Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb. Özünə və digər sərnişininə, habelə M.Mustafayevin sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub