Müharibədə təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Vətən müharibəsində də 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.
Mynews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, müharibənin ilk günü bir ailənin 5 üzvü Ermənistan silahlı birləşmələrinin qurbanı olub.
Belə ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar növbəti dəfə toplarla Naftalan şəhəri, Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.
Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalıb.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub