Son zamanlar dünyada zəlzələlər artıb. Ötən gün Ukrayna və Sloveniyada yüksək ballı zəlzələlər qeydə alınıb.
Bəs Azərbaycanda da güclü zəlzələ ola bilərmi?
Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda hər gün zəlzələ olmasına baxmayaraq bunların heç biri hiss edilmir:
"Azərbaycanda zəlzələlər hər gün olur. Lakin bunların heç biri hiss olunmur. Sonuncu dəfə Kürdəmirdə yüksək balda zəlzələ qeydə alınıb və hiss edilib. Amma sonradan belə bir hal müşahidə edilməyib. Yerdə olan xırda təkanlar, yer daxili proseslər olmalıdır. Yerin daxilində geodinamik proseslər var. Təbii ki, buna səbəb Yerin planetlərlə və digər cisimlərlə əlaqəsi var. Həmçinin bu proseslər arasında yeraltı plitə və blokların hərəkəti olmalıdır. Ola bilər ki, hiss olunan xırda təkanlar olsun, ancaq burada qorxulu heç nə yoxdur. Ancaq katostrafik zəlzələ ehtimalı yaxın günlərdə gözlənilmir. Çünki respublika ərazisində belə bir zəlzələ ocağı yoxdur. Yalnız 5 ballıq zəlzələlərdən sonra yerin altında cüzi çatlar əmələ gələ bilər".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub