Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı məhkəmə qarşısına çıxarılıb.
Mynews.az xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, prokuror onun barəsində ibtidai istintaq dövrü müddətində həbs qərarı verilməsini istəyib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, O.Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, O.Hacılıya qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan olunub.
Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə "Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub