Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub.
APA xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi "Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.
Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.
***08:40
Hacıqabul rayonunun Abdulyan kəndində "Toyota Prius” markal avtomobil aşıb.
Mynews.az apa-ya istinadən xəbər verir ki,hadisə dünən axşam saatlarında qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Qəza zamanı 2 nəfərin öldüyü qeyd edilir.
Yaralılar Şirvan xəstəxanaına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub