Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən sahibkar Razi Qasımovun fotosu yayımlanıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, fotonu mərhumun bacısı oğlu aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb.
"Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi", - C. Novruz yazıb.
Qeyd edək ki, R.Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır. R. Novruz bu il fevralın 21-də vəfat edib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.



1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub