Xərçəngdən əziyyət qarmon ifaçısı Gülbahar Şükürlünün son fotosu yayılıb.
Mynews.az xəbər verir ki, fotonu ictimai xadim, aparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.
"Mən onun xanımlığına da heyran olmuşam, sənətinə də... Hətta deyim ki, qarmonu gözəl ifa edən bir-iki qadın sənətkar varsa, biri də odur... Bakının qadın toyları Gülbaharsız olmayıb. Neçə-neçə gəncin toyunu yola verib. Amma neçə müddətdir ki, əsrin bəlası olan xərçəng onu da yatağa salıb... Kimyaterapiya alan sənətkar hər fürsətdə həyata tutunub, ruhdan
düşməyib" deyə aparıcı qeyd edib.
Hacı Nuran əməkdar artistin sənətinə olan sevgisindən danışıb:
"Bəlkə də onu ruhdan düşməyə
qoymayan onun musiqisidir. Sevdiyi qarmonudur.Hətta heç yadımdan çıxmaz. Məclislərin birində zarafatla mənə belə demişdi: son nəfəsimdə də qarmonum əlimdə olacaq... Bu gün səhhəti onu sınağa çəkir. Xərçənglə mübarizə aparır sənətkar. Yeni il gecəsi ona baş çəkdim... Düzdür, elə də yaxşı deyildi. Amma həyat doludur. Onunla görüşmək sənətkara əsl motivasiya oldu. Xeyli söhbət etdik. Ona şəfa diləməkdən başqa əlimizdən heç nə gəlmir... Bir də duaetməkdən... Çünki hər ağızda bir dua var. Hətta bu dünyada duaların çin olduğu məqamlar da var... Yastığın yüngül olsun, sənətkar".

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub