"Bəyin oğurlanması" filminin Gülbadamı, aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.
Mynews.az xəbər verir ki, bu haqda Moderator.az-a aktrisanın yaxınları məlumat verib. Bildirilib ki, o səhər saatlarında dəfn olunub.
Aktrisa bir müddət əvvəl saytımıza xəstəliyi haqda danışaraq bunları bildirmişdi:
"Bilirsiz ki, başımda şiş var idi, sinir damarlarıma toxunub, onları əzmişdi. Ümumiyyətlə danışığım tam itmişdi, səsim tutulmuşdu, danışa bilmirdim, əsəbləşirdim, hirslənirdim, əməliyyatdan sonra danışığım yavaş-yavaş bərpa olundu. Bir də görürsən ki, bülbül kimi, problemsiz danışıram, amma bir də görürsən ki, tutur məndə, ona görə də çəkinirəm çəkilişlərə getməyə. Bədən cəhətdən sağlamlığım yerindədir" deyə aktrisa bildirib.
Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "salam-sağol" səhnəsini yəqin ki, hamı xatırlayır.
.jpg)
.jpg)
.jpg)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub