Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
![](https://img.mynews.az/news/2024/03/photo_60005.jpg)
Almaniyada azərbaycanlı gənc 2 ailə üzvünü öldürməkdə, 3-nü isə yaralamaqda ittiham olunur.
Mynews.az olke.az-a istinadən xəbər verir ki, hadisə Saksoniya-Anhalt vilayətinin paytaxtı Maqdeburq şəhərində baş verib.
Belə ki, 18 yaşlı oğlan 42 yaşlı anasını və doqquz yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib.
Maqdeburq polisinin nümayəndəsi deyib ki, hadisədən sonra bıçaq da daxil olmaqla şübhəli şəxsə aid olduğu deyilən bir neçə əşya ələ keçirilib.
Polisin məlumatına görə, təqsirləndirilən şəxslər və zərərçəkənlər Azərbaycan mənşəli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığı var.
Bazar günü baş verən qətl hadisəsi zamanı 18 yaşlı gəncin daha 3 ailə üzvünü yaraladığı bildirilir. Məlumata görə, yaralanan şəxslər isə şübhəlinin 13 və 15 yaşlı iki bacısı və 17 yaşlı qardaşıdır. Onlar xəstəxanaya yerləşdirilib.
Cinayətin motivi ilə bağlı heç bir detal açıqlanmayıb. Faktla bağlı istintaq davam edir.
Qeyd edək ki, Almaniyada yaşayan azərbaycanlılar bu hadisəni Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsi və evin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması fakına bənzədiblər.
Hadisə
- Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?
- Azad olunmuş ərazilərdə yanğın: Helikopterlər cəlb olundu
- Xərçəngə tutulan qazi vəfat etdi
- Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1009 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1004 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1003 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 975 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 969 dəfə oxunub