Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN Xırdalandakı dəhşətli qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Mynews.az nazirliyin saytına istinadən xəbər verir ki, martın 20-də Xırdalan şəhər sakini Həsən İbrahimov evində anası 52 yaşlı Nərgiz Əliyevanı balta ilə qətlə yetirdikdən sonra Xırdalan şəhəri ərazisindəki dəmir yolu stansiyasının üzərindən keçən körpüdən özünü atıb.
 
H.İbrahimov xəstəxanaya yerləşdirilib və orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...