Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.
Xəzər TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı həyatını itirib.
Ü.Quliyev qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib.
Atanın sözlərinə görə, qızı dünyasını dəyişəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızma olub.
Valideynin iddiasına əsasən, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında tibb bacısının xəstəyə adını bilmədiyi iynəni vurduğu açıq şəkildə qeyd olunub
Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanadan isə sualları cavablandıran tapılmayıb. TƏBİB-dən isə bildirilib ki, məsələdən məlumatsızdırlar və hadisə araşdırılacaq.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub