İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, ötən məhkəmədə İlkin Süleymanov hakimdən son söz üçün vaxt istəmişdi.
Bu gün o, son söz deyərək bir daha özünü təqsirli bilmədiyini söyləyib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərarın dəyişdirilməsini istəyib.
Son sözdən sonra hakim qərar verib. Apellyasiya Məhkəməsi İlkin Süleymanovun şikayətini təmin etməyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub