Məhsulların xaricdən Azərbaycana daşınmasını həyata keçirən məşhur "Eyol" karqo şirkəti bağlanıb
Mynews.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət heç bir səbəb açıqlamadan bir müddətdir fəaliyyətini dayandırıb.
Karqo şirkətinin paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən əsas filialı da bağlanıb.
İstifadəçilərə Türkiyədə fəaliyyət göstərən "Eyol" anbarının bağlandığı və son reysin iyulun 5-də Bakıya çatdırıldığı barədə mesaj vasitəsilə bildiriş göndərilib.
Şirkət bildirişdə eyni zamanda iyulun 4-dən etibarən anbara daxil olan bağlamalar üçün heç bir məsuliyyət daşımadığını açıqlayıb.
"Eyol"dan çatdırılma gözləyən istifadəçilər isə bağlamalarının digər karqo şirkətlərinə yönləndirildiyini söyləyirlər.
Məlumat üçün bildirək ki, "Eyol"un rəsmi instagram və feysbuk hesabları da iyun ayının sonlarından etibarən fəaliyyətini dayandırıb, xeyli sayda istifadəçinin həm mesajları, həm də rəyləri cavabsız qalıb. Bununla yanaşı karqo şirkətinin əlaqə telefonları da işləmədiyindən bağlantı yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, "Eyol" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub