Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.
Bildirlir ki, hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub