Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub