Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, noyabrın 26-da saat 00:10 radələrində rayonun Tanrıqulular kəndi ərazisində 1992-ci il təvəllüdlü Elvin Nəsibovun idarə etdiyi “Vaz” markalı avtomobil hasara çırpılıb.
Nəticədə sürücü, onun 4 yaşlı oğlu Elcan və 2003-cü il təvəllüdlü həyat yoldaşı Sənubər Nəsibova ağır xəsarətlər alıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan 21 yaşlı Sənubərin həyatını xilas etmək mümkün olmayıb. Onun əri və övladının müalicəsi davam etdirilir.
İlkin məlumata görə, qəzanı törədən E.Nəsibovun sürücülük vəsiqəsi olmayıb və o, hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub