Noyabrın 26-da Oğuzda 56 yaşlı qadının sirkə turşusundan zəhərlənərək ölməsinin təfərrüatları məlum olub.
Musayeva Leyla Osman qızı sirkə turşusunu intihar məqsədilə içibmiş.
Belə ki, onun əri 70 yaşlı Musayev Eyyub Fərəc oğlu bir neçə aydır ki, qan xərçəngindən əziyyət çəkib və Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. E.Musayevin vəziyyəti ağır olduğu üçün xəstəxanadan evə buraxılıb.
İki gün öncə həkimlər müayinə etmək məqsədilə ünvana gəlib və xəstənin vəziyyətinin ağır olduğunu bildiriblər.
Daha sonra ərinin öləcəyini öyrənən Leyla Musayeva sirkə turşusu içib.
O, dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, reanimasiya şöbəsində dünyasını dəyişib.
Kişi ilə qadın eyni gündə dəfn olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub