Sosial şəbəkələrdə Bakıda marketlərin birində pişiyin ət məhsullarının üstündə gəzdiyi əks olunan video yayılıb. Sözügedən görüntülərin harada çəkildiyi məlum deyil. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik.
Mynews.az xəbər verir ki, agentlikdən Lent.az-a verilən açıqlamada sosial şəbəkədə yayılan görüntünün qurum tərəfindən nəzarətə götürüldüyü bildirilib:
“Məsələ AQTA-nın Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.
“İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər”, - deyə məlumatda qeyd olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub