Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mynews.az verilən məlumata görə, tədbirlərlə 31 yaşlı Asəddin Feyziyev və qohumu, əvvəllər məhkum olunmuş 32 yaşlı Tural Kazımov saxlanılıblar.
Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub