Novxanıda partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
Mynews.az "Report"a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova altından sağ çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.
TƏBİB-dən "Report"a bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2014-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
Qeyd edək ki, Qasım Həşimov mərhum şahmatçı, oğlu Vüqar Həşimovun şərəfinə hər il təşkil edilən "Vüqar Həşimov Memorialı"nın Təşkilat Komitəsinin rəhbəridir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub