Bakıda küçədə dalaşan sevgililər polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Xətai rayonu Xocalı prospektində baş verib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları “BMW” markalı avtomobildən düşən kişi ilə qadının dalaşmasını və qışqıraraq səs-küy salmasını görüblər. Onlar polis tərəfindən bölməyə dəvət edilib.
Məlum olub ki, küçədə ictimai asayişi pozan şəxslər 1983-cü il təvəllüdlü Meyransa Məmmədova (soyadlar şərtidir) və 1990-cı ildə anadan olmuş Əliabbas Fətullayevdir.
Ə. Fətullayev barəsində inzibati xətaya dair protokol tərtib edilib və o, məhkəməyə göndərilib.
Saxlanılan şəxs bildirib ki, dalaşdığı qadın onun sevgilisidir və qısqanclığa görə aralarında mübahisə olub: “8 aya yaxındır ki, Meyransa ilə qeyri-rəsmi münasibətdəyik. 11 noyabr 2024-cü il tarixində saçımı kəsdirmək üçün maşınımla getmişdim. Meyransa isə avtomobildə təxmini olaraq 1 saatdan çox gözləyib. Mən avtomobilə geri qayıdan zaman Meyransa ilə aramızda qısqanclıq zəminində mübahisə başladı. Maşın hərəkətdə olarkən o, maşından düşmək istəyirdi, lakin mən buna imkan vermədim. Meyransanı sakitləşdirmək istəyən zaman o, təpiklə avtomobilin şüşəsinə zərbə vurdu. Bundan sonra avtomobili qarşıda saxlayaraq taksi sifariş verdim”.
Meyransa Məmmədova isə sevgilisinin maşında onu döydüyünü, başına torba keçirdiyini iddia edib. Əliabbas isə bunu inkar edib.
Xətai Rayon Məhkəməsi Ə. Fətullayevi 150 manat cərimə edərək sərbəst buraxıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub