Sosial şəbəkələrdə şəhərin mərkəzində gəzən tülkünün görüntüləri yayılıb. Mynews.az xəbər verir ki, adətən şəhərdən bir qədər kənar ərazilərdə gözə dəyən tülkülərə indi şəhərin mərkəzində, Dənizkənarı Milli Parkda da rast gəlinir.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, tülkü və ya buna bənzər canlılara rast gələndə bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə müraciət edilir.
Nazirliyin aidiyyəti struktur bölmələri həmin canlıların bulvar ərazisindən müvafiq qaydada uzaqlaşdırılması istiqamətində zəruri addımlar atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, məsələdən artıq xəbərdardırlar. Nazirliyin nəzdində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən zəruri tədbirlər görüləcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub