Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub