Sumqayıt şəhərində avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 4-də şəhərin Sülh prospektində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçən piyada, 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.
Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müdaxilələrə baxmayaraq, o, dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub