Azərbaycanda daha bir qadın şiddət qurbanı oldu. Dünən “Təmiz dünya” QHT-nin sığınacağına ailəsində şiddət görən 40 yaşlı qadın yerləşdirilib.
5 yaşında övladlığa verilən Sədaqət Əliyeva (ad-soyad şərtidir) 30 yaşında ailə qurub. Yeni ailəsində isə ağır şiddətə məruz qalıb. Belə ki, S.Əliyeva gəlin getdiyi evdə nəinki həyat yoldaşı, hətta qayınatası, qayınanası, baldızı və qaynı tərəfindən dəfələrlə vəhşicəsinə döyülüb. Sonda isə onu himayəyə götürmüş ailəyə geri qaytarılıb. Onu böyüdən qadın rəhmətə getdikdən sonra isə S. Əliyevanın qara günləri təkrar başlayıb. Bu dəfə onu ögey atasının başqa qadından olan övladları döyməyə başlayıb.
Bütün bunların ardından Sədaqət xanım sığınacağa üz tutub. Hazırda sığınacaqda etibarlı yerdədir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub