Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb. Mynews.az xəbər verir ki, hadisə gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.
Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib. Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik məlum deyil.
Araşdırmalar zamanı məlum olub ki, Nərmin Mehdiyevanın bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub