USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB

14:42 19.12.2024
Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB
14:42 19.12.2024

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

Mynews.az istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.

Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

***

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub".

Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

***13:25

"Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfər hospitalizasiya olunub".

Bu məlumat Mynews.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 dekabr, saat 11:00-da Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz RMX-yə hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə açıqlamada vurğulanır.


Xəbər lenti

300x200r