Bakının Mayakovski küçəsi, 15 ünvanında yerləşən və 92 il əvvəl tikilmiş bina qəzalı vəziyyətdədir.
Mynews.az-ın məlumatına görə, köhnə binada 59 ailə, 250-dən çox sakin hər gün dağıntılar altında qalma təhlükəsi ilə üz-üzədir.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumların qəbulunda olublar, amma qəzalı vəziyyətdə olan bina haqda hələ də tədbir görülmür. Buna səbəb isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bina haqda lazımi rəyi verməməsidir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər”ə bildirilib ki, bina 2011-ci ildə qəzalı elan edilib. Həmin dövrdə sakinlərlə razılıq əldə olunmadığından köçürülmə prosesi başlasa da, bugünədək bitirilməyib. Hazırda qəzalı binanın mənzillərinin sahələrinin dəqiqləşdirilməsi və qiymətləndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən davam etdirilir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub