Xəbər verdiyimiz kimi, Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.
Mynews.az İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.
M.Qədimovanın valideynləri bildirib ki, qızı ilə kürəkəni arasında əvvəllər də münaqişə baş verib. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gəlirmiş. Bu dəfə evdə heç kimin olmadığı vaxt hadisəni törədib.
“Elə getdiyi ilk gündən deyirdi ki, “mama, bu, pis oğlandır, axşamlar məni döyür, əynimə heç nə almır, pis ailədilər, mən bunları istəmirəm”. Bu gün mənim bacım oğlu da nişan aparırdı, ora getmişdik. Kürəkənim də bizdə idi. Bizi anamgilə apardı. Sonra gəlib Mədinə ilə evdə tək oldu. “Semiçka” da almışdı ki, yeyib-içəcəyik. Elə biz ora gedən kimi qızın başını kəsib. Yanında da durub ki, ölsün, sonra gedib polisə məlumat verib”.
İlkin məlumata görə, ər arvadına atası evində bir neçə bıçaq zərbəsi endirib. Sonuncu zərbə isə qadının boğaz nahiyyəsindən dəyib. Nəticədə Mədinə aldığı zərbələrdən hadisə yerində həyatını itirib.
Meyit Tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa Rayon Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub