Yasamalda binada baş verən yanöın söndürülüb.
Mynews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***17:39
Yasamal rayonunda baş verən yanğın səbəbindən yolda məhdudiyyət təbiq edilib.
Nəqliyatın İntellektual İdarəetmə Mərkəzindən Mynews.az-a verilən məlumata görə, Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib.
Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
***17.10
Paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır.
Bildirilir ki, hadisə metronun "Elmlər Aakademiyası" yaxınlığında yerləşən binalardan birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, nazirliyin 112 qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
![]()
![]()
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub