Türkiyədə 28 yaşlı qız ona təcavüz etməyə çalışan 19 yaşlı oğlanın dilini qoparıb.
Hadisə martın 14-də İstanbulda, Esenyurtda baş verib. Evinə getmək istəyən Ebru O. meydandakı piyada keçiddən istifadə edib. Pilləkənlərdən çıxdığı zaman arxadan gələn Mərd adlı gənc arxadan qıza təcüvüz etməyə çalışıb. Ebru onu zorla öpməyə çalışan gəncin dilini dişləyərək qopardıb.
Hadisədən sonra getdiyi xəstəxanada polislər tərəfindən tutulan Mərd polisə verdiyi ifadədə Əbrunu sevgilisi zənn etdiyini və arxasından yaxınlaşıb əlləri ilə gözlərini yumduğunu, sonra da sevgilisi zənn etdiyi adamı öpdüyünü, dilini ağzına soxanda isə qız tərəfindən dilinin qoparıldığını deyib.
Prokurorluq Mərdin cinsi təcavüz cinayətindən 5 ildən 10 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilib.
Özünü zorla öpməyə çalışan oğlanın dilini dişləyərək qoparan Ebru "Əminəm ki, artıq tanımadığı heç bir qızı öpməyə qalxmayacaq" deyərək qadınlara güclü olun mesajı verib: "Təcavüzkar nə qədər güclüdürsə, sən də o qədər güclü ol. Reaksiyanı ortaya qoyacaqsan. Kişilər təcavüz etməməyi öyrənəcək".