Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edən və vətəndaşdan 15 min manat pul alan 70 yaşlı şəxsə hökm oxunub.
Mynews.az xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində doğulan Hacıəli Əmirov (soyad şərtidir) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə ittiham edilərək məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə zamanı məlum olub ki, Hacıəli Əmirov əvvəllər də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 2010-cu ildə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda onun məhkumluğu tam ödənilməyib.
Təqsirləndirilən şəxs, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınını Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib. Bu yolla 15 min manat pulu mənimsəyib.
Hacıəli Əmirov, özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək zərərçəkmişi aldadıb və ona yaxınını dövlət qurumuna işə düzəldəcəyi barədə yalan vədlər verib. Zərərçəkmiş isə təqsirləndirilən şəxs barəsində şikayətçi olub və verdiyi pulun geri qaytarılmasını tələb edib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə uyğun olaraq təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub