Polis "TikTokda" dələduzluq edən şəxsi müəyyən edib.
Mynews.azTrend-ə istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onlayn üsulla dələduzluq edən Nihad Adilov saxlanılıb.
O, "TikTok" sosial şəbəkəsində yaratdığı saxta "Kərpic Zavodu" adlı səhifə vasitəsi ilə kərpic satmaq adı ilə vətəndaşlardan müxtəlif məbləğlərdə beh alıb və daha sonra onları blok edərək maddi vəsaitləri qanunsuz yolla ələ keçirib. Onun 100 nəfərə yaxın vətəndaşa qarşı bu üsulla dələduzluq etdiyi ehtimal olunur.
N.Adilovun əməllərindən əziyyət çəkən vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub