Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.
Mynews.az xəbər verir ki, "Report”un Şimal bürosunun məlumatına görə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.
Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.
Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.

1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub