"2025-ci ilin ilk günü mənim maşınımı vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hyundai Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar".
Mynews.az xəbər verir ki, bunu hadisə nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsü Oxu.az-a verdiyi açıqlamada deyib.
O qeyd edib ki, avtomobili sürən oğlanın 17 yaşı olub.
"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşlinin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - deyə sürücü bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub