Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib. Mynews.az bu barədə Rusiya KİV-inə istinadən məlumat yayıb.
Hadisə yanvarın 2-də günorta saatlarında baş verib. Atəş açan şəxsin keçmiş məhbus, ölən şəxsin isə keçmiş polis olduğu açıqlanıb. Məlumata görə, keçmiş məhbus tanınmamaq üçün Şaxta baba paltarı geyinərək hadisə yerinə gəlib. O, keçmiş polisin əvvəllər onu həbs etməsinin intiqamını aldığını bildirib.
Cinayətkar odlu silahla iş adamına atəş açdıqdan sonra qaçıb. Lakin bir qısa müddətdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub