Dünən saat 19:25-də "Xətai" stansiyasında sərnişinin eskalatorun "Stop" açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı məlumatında deyilir.
Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib: "Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın "Stop" açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, "Stop" açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir".
QSC qeyd efir ki, hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.
Xatırladırıq ki, "Stop" düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
"Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.
Həmçinin eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır", -- "Bakı Metropoliteni" qeyd edir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub