Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar” liseyinin informatika müəllimi Zəhra Qasımova vəfat edib.
Bu barədə Mynews.az-a BDU-dan bildirilib.
Z.Qasımova 1971-ci il dekabrın 5-də Bakı şəhərində anadan olub. 1978-1988-ci illərdə Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə, 1989-1994-cü illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1995-ci ildə BDU-nun Fizika fakültəsində laborant kimi əmək fəaliyyətinə başlayıb. 1999-2005-ci illərdə "Ozon generatorları” elmi-tədqiqat laboratoriyasının baş laborantı vəzifəsində çalışıb. 2007-ci ildən bu günədək BDU-nun nəzdində "Gənc istedadlar” liseyinin informatika müəllimi kimi fəaliyyət göstərib. O, həm də 2005-ci ildən BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin böyük laborantı vəzifəsində işləyirdi.
BDU rəhbərliyi və kollektivi Zəhra Qasımovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah Rəhmət eləsin!
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub