Mərhum Xalq artisti Ələddin Abbasovun nəvəsi İlahə Abbasova vəfat edib.
Mynews.az xəbər verir ki, Gəncə şəhərində yaşayan 43 yaşlı İlahə qan xərçəngindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Abbasovanın atası Oqtay Abbasov Gəncə Dövlət Milli Dram Teatrının quruluş hissə müdiri, qardaşı Samir isə həmin teatrın aktyoru kimi fəaliyyət göstərir.
İ.Abbasovanın babası Ələddin Abbasov "Dəli Kür" (Cahandar ağa), "Mən ki, gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərdəki rolları ilə məşhurluq qazanıb. O, 2014-cü ildə 92 yaşında vəfat edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub