Tərtər rayonunun Hümbətli kəndində traktorla minik avtomobili toqquşub.
Mynews.az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktorla Ədalət Həsənəliyevin idarə etdiyi "VAZ 2101" markalı avtomobil toqquşub. Qəza nəticəsində 1971-ci il təvəllüdlü Ədalət Həsənəliyev və 2023-cü il təvəllüdlü Asya Həsənəliyeva aldıqları xəsarətlərdən xəstəxanada dünyasını dəyişiblər. Hadisə zamanı xəsarət alan digər sərnişin, Zəhra Məmmədova, tibb müəssisəsinə yerləşdirilib.
Hadisə yerindən qaçan traktor sürücüsü Xəqani Aydınov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub